Röya Ayxan Yıldız Tilbənin albomunda - Video

OXUNUB: 1220 ŞOU-BİZNES

Əməkdar artist Röya Ayxan türkiyəli müğənni Yıldız Tilbənin yeni albomu üçün oxuyacaq.

Bir müddətdir danışıqları gedən albomda türkiyəli ifaçılar Tarkan, Handə Yener, Demət Akalın, Aleyna Tilki və başqa sənətçilər Yıldız Tilbənin repertuarından mahnılar səsləndirəcəklər.

Hazırlıqlarına davam edən albomda müğənnilərin hansı mahnını ifa edəcəyi məlum olub. Səsvermə studiyasına yollanan ifaçılar arasında Əməkdar artist Röya Ayxan da var. O, albomda Yıldız Tilbənin "Ummadığım anda" mahnısını ifa edəcək. Fərqli aranjımanda təqdim ediləcək albomun yayım tarixi bəlli deyil./publika

 


İcmal.Az

RƏYLƏR