Saakaşvili mitinqləri bərpa etmək fikrindədir

OXUNUB: 539 DÜNYA

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili yanvarın 21-dən Ukraynanın paytaxtı Kiyevin mərkəzində tərəfdarları ilə birgə mitinqlərə yenidən başlamaq fikrindədir.

Bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya xəbər verib.

Onun sözlərinə görə, etirazçılar Ali Radanın binası qarşısındakı çadır şəhərciyini yığışdırmayacaqlar./oxu

İcmal.Az

RƏYLƏR