Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları paytaxt Kiyevdə mitinq keçiriblər.
İCMAL.az Euronews-a istinadən xəbər verir ki, etirazçılar 3 gündür həbsdə saxlanılan Saakaşvilinin azad edilməsini tələb edirlər.
Minlərlə insan prezident Petro Paraşenkoya səslənərək qanunsuz əmələrindən dönməsini istəyiblər.
Nümayiş insidentsiz başa çatıb. Aksiyaların sabahdan etibarən Ukraynanın bütün şəhərlərində keçiriləcəyi açıqlanıb.