Saakaşvili xalqı meydana çağırdı özü gəlmədi

OXUNUB: 636 DÜNYA

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvili xalqı ədalət naminə etirazlara dəstək verməyə səsləyib.

Mikail Saakaşvili özünün Feysbuk səhifəsində Ukrayna xalqına müraciət olaraq yazıb:

"Sabah Ukraynada itirilmiş azadlığı bərpa etmək istəyən bütün vətəndaşları "ədalət naminə" daxili işlər nazirliyinin və təhlükəsizlik xidmətinin binası qarşısına dəvət edirəm. Mən ruhən sizinlə olacam. Lakin bu dəfə sizin yanınızda ola bilməyəcəm. Buna baxmayaraq, mənim silahdaşlarım sizinlə birlikdə bu çıxışlara qatılacaqlar".

Saakaşvili yazısında onu da qeyd edib ki, onun çıxışlara qatılmamasının əsas səbəblərindən biri də, Ukraynanın hüquq müdafiəçisi olan İrina Nozdrovskayanın ölümüdür. Sabiq qubernator, hüquq müdafiəçisinin ölümünü özünün siyai mənfəəti üçün istifadə etməkdə günahlandırılmaqdan çəkinir.

Mixail Saakavilinin ilk dəfə olaraq özünün iştirak etmədiyi bir aksiyayı xalqı dəvət etməsi, Ukraynalılar arasında birmənalı qarşılanmayıb. İnsanlar arasında onun mübarizəni yarımçıq qoymasından ehtiyat etdiklərini bildirən vətəndaşlar da olub./publika

İcmal.Az

RƏYLƏR