Saakaşvilinin oğlu hökumətə müraciət etdi: "Sizdən xahiş edirəm..."

OXUNUB: 346 DÜNYA SİYASƏT
Sabiq prezident Mixeil Saakaşvilinin oğlu Eduard Saakaşvili video-müraciət yayımlayıb.

Video-müraciətdə Eduard Saakaşvili atasının həbsi barəsində öz təəssüratını bölüşərək, hakimiyyəti sabiq prezidenti mülki xəstəxanaya yerləşdirməyə çağırıb.

O, baş verənlərdən təəccübləndiyini bildirib:

"Həmişə siyasətdən uzaq olmuşam və bu gün də bir övlad olaraq sizə müraciət edəcəm, atasının həyatı üçün təhlükə yarandığını görən bir övlad kimi. Atamı həbs etdikləri zaman mən onun üçün müvafiq şəraitin yaradılacağını, onunla dəyərli rəftar ediləcəyini və sağlamlığının qorunacağını düşünürdüm.

Ancaq, hər şey gördüyüm kimi oldu. Şəxsən mən bütün bu olanlardan çaşbaş qalmışam. İlk öncə onun xəstəxanaya yatırlmamasına, onun mənliyinin tapdalanmasına və daha sonra yaddaşıma silinməyəcək formada yazılan həmin video görüntülərə görə çaşbaş qalmışam. Hakimiyyətin dəstəkçilərinə müraciət etmək istəyirəm. Mən bilirəm ki, sizin çoxunuz özünüzü humansit hesab edirsiniz, onu da anlayıram ki, atama qarşı çoxunuzun müxtəlif iradları var. İctimaiyyətin keçmişi obyektiv və ürəyi açıq şəkildə qiymətləndirəcəyi bir vaxtın gəlməsini istəyirəm. Ancaq, indi baş verənlər artıq siyasi ədaləti keçib, çox qorxunc və çirkin hesablaşmaya çevirilib. Ən yaxşı halda ortada olan ürəyisoyuqluq, ən pis halda isə bu olanlar bilərəkdən törədilən bir cinayətdir. Hakimiyyət bir neçə sadə addımla problemi həll edə və atamın sağlamlığını qoruya bilər. Ümid edirəm ki, onun ölümünü heç kim istəmir və bu heç kim üçün əlverişli deyil. Buna görə də öz adımdan, qardaşımın və anamın adından sizdən xahiş edirəm ki, Mixeil Saakaşvilini mülki xəstəxanaya yerləşdirin", - deyə Eduard Saakaşvili müraciətində bildirib.

RƏYLƏR