Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Orada yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdə çardaqdan asaraq intihar edib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./report
İcmal.Az