Şah Pəhləvi ailəsi İranda etirazçılara DƏSTƏK VERDİ: "Hazırda hakimiyyətdə..."

OXUNUB: 1093 DÜNYA

1979-cu ilə qədər İranda hakimiyyətdə olan Şah Rza Pəhləvinin ailəsi günlərdir İranda davam edən etirazlara dəstək verdiklərini bildiriblər.

Şah ailəsini sosial şəbəkə üzərindən İrandakı mövcud vəziyyəti dəstəklədiklərinə dair çoxsaylı paylaşımlar ediblər.

Sosial paylaşımlardan birində vəliəhd şahzadə Rza Pəhləvi yazır: "İranda İslam inqilabı baş verməsəydi, hazırda taxtda mən olacaqdım".

Araşdırmacı jurnalist Nevzat Çiçək Şah Pəhləvinin ailə üzvlərinin ABŞ-da Ağ Ev qarşısında çıxışları zamanı İranda baş verən etirazları dəstəklədiklərini və buna mümkün qədər dəstək vermək istədiklərini bəyan etdiklərini bildirib.

Qeyd edək ki, iranlılar Şah Məhəmməd Pəhləvinin Amerikada yaşayan oğlu Rza Pəhləvinin ünvanına şüarlar səsləndirərək, onu İrana dəvət ediblər.

Etirazçılar arasında 1979-cu ildə hakimiyyətdən devrilən Pəhləvilər sülaləsinin yenidən hakimiyyətə qayıtması və monarxiya rejiminin bərpa edilməsinə dair şüarlar səsləndirənlər diqqət çəkib.

Dünya mediası isə, ilkin hədəf olaraq bütün baş verənlərdə əli olan ABŞ-ın nə etməyə çalışdığını analiz edir./publika

İcmal.Az

RƏYLƏR