Salyanda 2 qadın piyadanı maşın vurub

OXUNUB: 734 HADİSƏ

Salyan rayonunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.

Arbatan kənd sakini,1981-ci il təvəllüdlü Fərzalı Aslan oğlu Fərəcov idarə etdiyi "Niva” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakinləri, 1950-ci il təvəllüdlü Əsgərova Kəmalə Aslan qızı və 1969-cu il təvəllüdlü Əhədova Şərqiyyə Nazim qızını vurub. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR