Salyanda piyadaları maşın vurub: Ölən var

OXUNUB: 581 HADİSƏ

Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, aprelin 5-də saat 5:00 radələrində Salyan şəhərinin ərazisində Arbatan kənd sakini Fərzalı Fərəcov idarə etdiyi "Niva” markalı avtomobillə yolu keçən rayon sakinləri Kəmalə Əsgərovanı və Səriyyə Əhədovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əhədova orada ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR