Şamaxıda 27 yaşlı gənc bıçaqlanıb

OXUNUB: 510 HADİSƏ

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.  /report

 

İcmal.Az

RƏYLƏR