Səbinədən mükafat alan məşhurlara SƏRT İFADƏLƏR: “200 manat...”

OXUNUB: 678 ŞOU-BİZNES

Müğənni Səbinə Əskərova qalmaqallı sözləri ilə diqqət çəkib.

O, instaqram hesabında saxta mükafat alan məşhurları və gözəllik müsabiqəsi təşkilatçılarını təhqir edib: "Məndən heç kim inciməsin. Bəsdir camaatı gic yerinə qoydunuz. Sözüm "geydirmə” gözəllik yarışmalarının təşkilatçılarınadır. Hərə üç aydan bir 10 nəfəri yığıb "gözəl” seçir. Adını da qoyur "Azərbaycan gözəli” filankəs seçildi. Kim seçdi? Harada seçildi? Hansı bədən ölçüləri və üz cizgilərinə görə seçilib o gözəl? Səhv etmirəmsə, axı, burada seçiləndən sonra həmin o "gözəl” Beynəlxaq gözəllik yarışmasına da qatılmalıdır. Niyə burada seçilir və yoxa çıxır? Heç olmasa, Azərbaycanın ən gözəli adını verməyin. Bu işi ya ciddi – rüşvətsiz görün, ya da başqalarına həvalə edin./publika

Sözüm eynilə pulla mükafat alan bəzi müğənnilər, aparıcılar, "gətirici”lər və "ötürücü”lərədir. Özünüzə hörmət edin, özünüzü aldatmayın. Bir də görürsən ki, "İlin ən yaxşı mahnısı”, "müğənnisi”, "klip”i seçilir. Haradan oldu "ilin ən yaxşı müğənnisi”? Hansı ki, heç bir dəfə də eşidilməyib. Ya da elə "əndrabadi” müğənniyə ilin ən yaxşısı mükafatını verirlər ki, onu qohumlarından başqa heç kim tanımır. İki yüz manatınıza heyfiniz gəlsin. Hamı sizə gülür. Həm gülünc vəziyyətə düşürsünüz, həm də pulunuz gedir”.

İcmal.Az

RƏYLƏR