Bu barədə saytımıza açıqlamasında QHT sədri, internet media ekspert Səbuhi Abbasov məlumat verib: "COP29 bu platformanın öncəki tədbirləri ilə müqayisədə daha böyük və strateji sahələri əhatə edəcəkdir. Həm texniki-təşkilati məsələlər, həm hazırlıq mərhələsi onu deməyə əsas verir ki, COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır. Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.Hər kəsə bəllidir ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.Azərbaycan uzun illər ekeloji terrorun qurbanı olduğundan bu sahədə ciddi təcrübəyə malikdir. Eyni zamanda, bir çox dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların COP29-a münasibəti həm dövlətimizin qüdrətini, həm də, Prezident İlham Əliyevin dünya siyasi meydanındakı mühüm çəkisini göstərir. İlk dəfə Bütöv Azərbaycan olaraq reallaşdıracağımız bu mühüm tədbir, həm də, QHT, media qurumları üçün, xüsusən də bu sahədə ixtisaslaşan gənclərimiz üçün mühüm təcrübə olacaq, yeni imkanlar açacaqdır. Təbii ki, anti Azərbaycan qüvvələri qarayaxma kampaniyaları təşkil edərək bütün mümkün kiber alətlərlə fəaliyyətdə olacaqlar. 44 günlük müharibədə olduğu kimi, bu dəfə də informasiya savaşında hər birimiz ayıq-sayıq olmalı, təxribatlara bütün platformalarda faktlarla cavab verməliyik.”
Ana səhifə
/
İQTİSADİYYAT / Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Bank Respublika”da pul saxlayanlar daha az qazanacaq – faizləri endirdi
24.10.2026, 12:06 / İQTİSADİYYAT -
Tanınmış memar “Bravo”dan şikayət etdi: Qablaşdırmada 180, tərəzidə 164 qram
24.10.2026, 12:02 / İQTİSADİYYAT -
“PAŞA Sığorta”nın xalis mənfəəti 2,6 milyon manatdan çox azalıb – HESABAT
24.10.2026, 11:58 / İQTİSADİYYAT -
“Bank VTB (Azərbaycan)” əmanətçilərin gəlirlərini azaldır – Faizlər aşağı salındı
24.10.2026, 11:56 / HADİSƏ, İQTİSADİYYAT, BANK -
Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
23.10.2026, 19:12 / Özəl, İQTİSADİYYAT -
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
20.10.2026, 17:17 / Özəl, İQTİSADİYYAT -
Rəvan Bəşirovdan sərt İTTİHAM: “Yapı Kredi Bank” fırıldaqçıdır”
20.10.2026, 15:40 / İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?



















