"Sədərək" Ticarət Mərkəzində sahibkarlarla Azərbaycan Dövlət Reklam Agentliyi arasında narazılıq yaranıb.
Məlumata görə dünən səhər saatlarənda ADRA əməkdaşları ticarət mərkəzinin ətrafında yerləşdirdirilən ödənişli reklam lövhələrini sökməyə başlayıblar. Onların sözlərinə görə, bu addım ciddi narazılığa səbəb olub.
Bundan sonra "Sədərək" Yusifin göstərişi ilə mühavizə dəstəsi ADRA əməkdaşlarını döyərək ərazidən qovublar.
Dövlət Reklam Agentliyindən bildirilib ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib. Mövzu ilə bağlı videomaterial təqdim edirik: