“Nar Şərab”da insident: Avtomobillə restoranın həyətinə daxil oldu...

OXUNUB: 759 Özəl HADİSƏ İQTİSADİYYAT
Səbail rayonu, Namiq Quliyev küçəsində yerləşən "Nar Şərab” restoranında avtoşluq edən şəxs həbs edilib. 

 1995-ci il təvəllüdlü Sənan (ad-şərti) adlı şəxs "Nar Şərab” restoranının həyətində idarə etdiyi avtomobillə müxtəlif ziqzaqvari, təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər edib. 

Məhkəmə iclasında iştirak edən Sənan hadisənin həmin restoranın həyətində, ərazinin boş olduğunu, heç kəsin olmadığını, bunu ilk dəfə törətdiyini, himayəsində iki azyaşlı övladı olduğunu deyib. O, həmçinin əməlindən səmimi peşman olduğunu bildirib.
Ətraflı

Müşahidə kameralarına baxış zamanı görünüb ki, Sənan hadisəni xüsusi ayrılmış meydançada deyil, "Nar Şərab” restoranının həyətində törədib.

Məhkəmənin qərarı ilə Sənan İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

RƏYLƏR