“X Petrol”da yanacaq qalmaqalı: Sayğac göstəricisi necə dəyişdirildi? – GİZLİ ÇƏKİLİŞ

OXUNUB: 6 Özəl HADİSƏ İQTİSADİYYAT
Redaksiyamıza müraciət edən vətəndaş Binəqədi rayonu ərazisində yerləşən "X Petrol” yanacaqdoldurma məntəqəsində avtomobilinə sifariş etdiyi məbləğdən daha az yanacaq vurularaq aldadıldığını bildirir.

Şikayətçinin sözlərinə görə, avtomobilinə 30 manatlıq yanacaq sifariş edib. Yanacaq sayğacındakı məbləğ 23 manatı keçdikdən sonra operator sayğacın qarşısına keçərək boş siqaret qutusunu yanacaqdoldurma aparatının avtomat mexanizminin yerləşdiyi hissəyə daxil edib və yanacağın vurulmasını dayandırıb.

Vətəndaş bildirir ki, həmin anda operator bədəni ilə sayğacın ekranının qarşısını kəsib, aparatın kalkulyatoruna yenidən 30 manat daxil edib və nəticədə 24 manat 75 qəpikdə dayanan göstərici ekranda 30 manatla əvəzlənib.

Şikayətdən sonra əməkdaşlarım məsələni yerində araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə sözügedən yanacaqdoldurma məntəqəsinə yollanıblar.

Məntəqənin əməkdaşları açıq çəkiliş zamanı ünvanlanan suallara cavab verməkdən imtina edərək yalnız kamera söndürüldükdən sonra danışacaqlarını bildiriblər. Açıq çəkiliş dayandırılsa da, gizli çəkiliş davam etdirilib.

Məhz bundan sonra maraqlı mənzərə ortaya çıxıb. Kamera qarşısında danışmaq istəməyən əməkdaşlar çəkilişin dayandırıldığını düşünərək vətəndaşın səsləndirdiyi faktları təsdiqləyib və baş verənləri etiraf ediblər. Həmin etiraflar Patrul.az-ın apardığı gizli çəkilişdə qeydə alınıb.

Qeyd edək ki, yanacağın vurulması və sayğac göstəricisinin dəyişdirilməsi anı saytımız tərəfindən lentə alınmayıb və hadisənin bu hissəsi şikayətçinin təqdim etdiyi məlumatlara əsaslanır./patrul

Qeyd: Şəkildə mətnin son hissəsi ekranın aşağı hissəsində kəsildiyi üçün görünmür.
 
 
 

7NEWS.az

RƏYLƏR