Səhiyyə nazirliyi: Cuma Məmmədovun həkim-stomatoloq kimi şəhadətnaməsi yoxdur

OXUNUB: 5 Özəl HADİSƏ
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi saytımızın stomatoloq-cərrah kimi fəaliyyət göstərən Cuma Məmmədovla bağlı sorğusuna cavab verib.

Mərkəzdən bildirilib ki, Cuma Məmmədovun həkim-stomatoloq kimi fəaliyyət göstərməsi üçün tələb olunan müvafiq sertifikasiya şəhadətnaməsi yoxdur. Həmçinin "Vahid Səhiyyə İnformasiya Sistemi”ndə Məmmədov Cuma İbrahim oğlu barədə qeydiyyat məlumatlarının aşkarlanmadığı bildirilib.

Qeyd edək ki, Cuma Məmmədovun müvafiq tibbi sənədləri olmadan stomatoloji fəaliyyətlə məşğul olması barədə redaksiyamıza daxil olan vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Araşdırma zamanı onun Abşeron rayonu, Xırdalan şəhərində "Dental Clinic” stomatoloji kabineti açaraq stomatoloji xidmətlər, o cümlədən implant prosedurları həyata keçirdiyi müəyyən edilib./btv

7NEWS.az

RƏYLƏR