Şəkidə 9 yaşlı oğlanı sahibsiz it dişləyib

OXUNUB: 773 HADİSƏ

Şəkidə küçədə oynayan 9 yaşlı oğlanı sahibsiz it dişləyib.

 

Martın 8-də saat 19.00 radələrində rayonun Şəki kəndinin sakini, 2009-cu il təvəllüdlü Mirkamil Füzuli oğlu Musayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya verilən məlumata görə, Mirkamil Musayev küçədə oynayarkən sahibsiz it ona hücum edib, hər iki qolun bilək və bir ayağının bud nahiyəsindən dişləyib. Mirkamil Musayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

İcmal.Az

RƏYLƏR