Şəki rayonunun Göybulaq kəndində zəlzələ zamanı evlərdən birində çatlar əmələ gəlib.
İcmal.Az Report-a istinadən xəbər verir ki, həmin ev 1961-ci il təvəllüdlü Vəlyəddin Əliyevə məxsusdur.
İkiotaqlı evin hər iki otağı qəzalı vəziyyətə düşüb.
Ailə 4 nəfərdən ibarətdir və hazırda həmin evdə yaşayır.
İcmal.Az