Sərxoş sürücü dəhşətli qəza törətdi: 32 ton dizel alışıb yandı - VİDEO

OXUNUB: 528 DÜNYA
Rusiyada ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Krasnoturinsk şəhəri yaxınlığında baş verib. İlkin məlumata əsasən, "VAZ-2108” markalı maşının sürücüsü sərxoş olduğu üçün sükana nəzarəti itirib. Bu zaman o avtomobili yanacaq daşıyan maşının üzərinə sürüb. İçərisində 32 ton dizel olan maşın zərbənin gücü ilə yoldan çıxıb və alışıb.

Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, çox keçmədən avtovağzalda saxlanılıb./big

 
İcmal.Az

RƏYLƏR