Səudiyyə Ərəbistanının gündəlik neft ixracı 7,38 milyon barrelə yüksəlib

OXUNUB: 263 Özəl İQTİSADİYYAT DÜNYA
Səudiyyə Ərəbistanının gündəlik neft ixracının iyulda 2,6 faiz artaraq 7,38 milyon barrelə yüksəldiyi bildirilib. Bu rəqəm 2020-ci ilin aprelindən bəri ölkənin ən yüksək neft ixracatı olub.

7NEWS.az xəbər verir ki, Joint Organizations Data Initiative (JODI) adlı beynəlxalq məlumat bazasının nəticələrinə görə, Səudiyyə Ərəbistanının gündəlik xam neft ixracı 2022-ci ilin iyul ayında 2,6 faiz artıb. İyun ayında 7,2 milyon barrelə çatan Səudiyyə Ərəbistanının gündəlik neft ixracı iyulda 7,38 milyon barrelə yüksəlib.

7NEWS.az

RƏYLƏR