Sevişmə səhnəsi üçün 18 yaşının tamam olmasını gözlədi - FOTO

OXUNUB: 1159 ŞOU-BİZNES

Hollivud mediasında son illərdə çəkilən filmlərdəki sevişmə səhnələri mübahisəli məqamlar yaradıb. 2008-ci ildə rejissor Stefan Dedli tərəfindən çəkilən "Oxucu” (The Reader) filminin qalmaqallı səhnəsi gündəmə gəlib.

Bern Şexlinkin eyni adlı əsərinin ssenarisi üzərində çəkilən filmdə Keyt Vinslet ilə tərəf müqabili Deyvid Kros arasında sevişmə səhnələri çəkilməli idi. Lakin Kros 18 yaşına çatmadığı üçün rejissor filmin həmin səhnəsinin çəkilişlərini saxlamış və Kros 18 yaşına çatdıqdan sonra çəkmişdir.

Rejissor S.Dedli bu addımı hüquqi tərəfdən problem yaşamamaq üçün etdiyini iddia edir.

Yenidən gündəmə gələn mövzunun səbəbi isə yeniyetmələr üçün çəkilən filmlərdə yaşı 18-dən aşağı olan aktyorların çoxsaylı sevişmə səhnələrinə çəkilməsi olub./publika


İcmal.Az

RƏYLƏR