Şimali və Cənubi Koreya arasında görüş başladı

OXUNUB: 465 DÜNYA

Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüşü başlayıb.

Bu barədə "Rönhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən,tərəflər arasında görüş yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05.00-da) başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, KXDR-in nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş Pxanmuncomda - "Sülh evi" adlanan məntəqədə qapalı olaraq keçirilir.

Ço Mön Gün sözlərinə görə, tərəflər Şimali Koreya komandasının fevralda keçiriləcək Olimpiya oyunlarında iştirakını müzakirə edəcəklər.

Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR