Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.
BNEWS.az Report-a istinadla xəbər verir ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda onlar Lənkəranın Ləj kəndinin sakinləridirlər.
Ölənlər aşağıdakılardır:
Aslanov Faiq,
Aslanov Fikrət,
Aslanova Mərziyyə,
Aslanova Xanımgül,
Aslanov Namiq
Aslanova Məsmə,
Yaralılar:
Aslanov Ülvi Faiq oğlu, 7 yaş
"Shacman”ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu.
18.54
Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Shacman” markalı yük maşını ilə "VAZ-21015” və "Mitsubishi” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "Mitsubishi”dəki sərnişinlərin hamısı vəfat edib.