SON DƏQİQƏ: "Qalatasaray" bu futbolçunu transfer edir

OXUNUB: 633 Özəl DÜNYA İDMAN
7NEWS.az xəbər verir ki, hücumçu axtarışlarını davam etdirən Qalatasaray, Mauro İkardinin transferi ilə bağlı israrını davam etdirir. Nicolo Schira'nın xəbərinə görə; Paris Saint-Germain cəbhəsi ilə yaxşı münasibətdə olan sarı-qırmızılı klub argentinalı futbolçunun transferini başa vurmaqda qərarlıdır. "Qalatasaray" ulduz futbolçunun maaşının böyük bir hissəsini ödəyərək transferi bitirmək istəyir. Digər tərəfdən, həyat yoldaşı və meneceri Wanda Nara Mauro İkardinin "Qalatasaray"la görüşlərinin müsbət çıxmasından sonra sarı-qırmızılı komandada oynamağı səbirsizliklə gözlədiyini ifadə etdiyi bildirilib.

7NEWS.az

RƏYLƏR