"Şou-biznesdə haqsızlıq var..." - VİDEO - FOTO

OXUNUB: 887 ŞOU-BİZNES

"ARB Ulduz"un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni İradə Mehdi olub.

Hər kəsə hörməti olduğunu söyləyən İradə Mehri maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Hamısına hörmətim var. Aparıcılarımız, jurnalistlərimiz, prodüserlərimiz, aranjmançılarımız, hamısını çox sevirəm. Hər kəs öz işində gözəl olsun. Başqa heç bir şey arzulaya bilmərəm".

Daha sonra müğənni şou əhlindən niyə uzaq durmasından danışıb:

"Şou-biznesdə haqsızlıq var. Mən sakitliyi, hüzuru xoşlayıram. Mən də xoşlayıram ki, deyim, gülüm. Ancaq bəziləri kimi yox. Ona görə də, hamıdan uzaq olmaq mənim ruhuma daha yaxındır, daha xoşdur".
Belə İradə Mehri ilə olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.

 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz./milli

 


İcmal.Az


RƏYLƏR