Sumqayıt sakini mənzilində ölmüş vəziyyətdə tapılıb

OXUNUB: 729 HADİSƏ

 Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər./report

 

İcmal.Az

RƏYLƏR