Sumqayıtda 28 yaşlı gənc intihara cəhd edib

OXUNUB: 623 HADİSƏ

Sumqayıtda intihara cəhd hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahgəldiyev Səbuhu Nurəddin oğlu yaşadığı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yaxınlarına əsəbləşərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı kəsilmiş ağır yaralarla Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR