Ötən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib.
İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
----
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində "Kamaz" markalı yük avtomobili və "Mercedes” markalı minik avtomobili toqquşub.
İcmal.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
İcmal.Az