Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Şəhərin 9-cu mikrorayonunda "Hyundai" markalı avtomobillə "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.
Ölən şəxslərin avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitlərini xüsusi avadanlıqların köməkliyi ilə çıxarmaq mümkün olub. Hazırda onların kimliyi müəyyənləşdirilir. Yaralılar isə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, gətirilən şəxslərin vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az