Sumqayıtda bir evdən altı meyit çıxarıldı – YENİLƏNİB

OXUNUB: 627 HADİSƏ

Sumqayıtda bir ailənin altı üzvünün faciəvi ölümünün təfərrüatı məlum olub.

İcmal.Az-ın xəbərinə görə, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Araşdırma zamanı məlum olub ki, Hüseynovlar ailəsi beşinci məhəllə adlı ərazidə, zirzəmidə yaşayıblar.

Hamam otağında olan qızdırıcı cihazda yaranan qaz sızması faciənin baş verməsinə səbəb olub.

10:44

Sumqayıtda bir evdə altı nəfərin meyiti tapılıb.

Bu haqda İcmal.Az-a Sumqayıt Şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

"Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Ölüm səbəbi isə araşdırmadan sonra bilinəcək”, – deyə P.Əliyev sözlərinə əlavə edib.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Qafqazinfo.az saytı yayıb.

İcmal.Az

RƏYLƏR