Sumqayıtda mənzildən meyit tapıldı

OXUNUB: 546 HADİSƏ

Sumqayıtda mənzildə meyit aşkar olunub.

FHN-dən İcmal.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.​

İcmal.Az

RƏYLƏR