Şura rəsmisi müraciət etdi: İşlərinizə müdaxilə etmələrinə imkan verməyin

OXUNUB: 966 QHT

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud QHT-lərə müraciət edib. 

İcmal.Az-ın məlumatına görə, müraciətdə deyilir: 

"Hörmətli, dostlar.

Yaramazlığın müxtəlif növlərini sınaqdan çıxaranlar indi də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin əməkdaşı adı ilə və Şura tərəfindən göndərildiyini iddia edərək QHT-lərin həyata keçirdikləri layihələrin "monitorinqi"nə cəhd edirlər. 

Şuranın maliyyə yardımı ilə layihə icra edən QHT-lərdən xahiş edirik ki, Şura üzvləri və Katibliyinin əməkdaşlarından (bu şəxsləri demək olar ki, bütün QHT rəhbərləri tanıyır) başqa heç kimə monitorinq adı ilə Şura adından işlərinizə müdaxilə etmələrinə imkan verməyin. Özünü sizə Şura Katibliyinin əməkdaşı kimi təqdim edərək layihələrinizi monitorinq edəcəyini bildirən tanımadığınız şəxslərlə bağlı dərhal bizə məlumat verməyiniz xahiş olunur". 

 

İcmal.Az

RƏYLƏR