Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, layihənin təşəbbüskarı Milli Məclisin deputatı Ramil Həsən, həmkarı Suraxanı rayonundan Milli Məclisin deputatı Etibar Əliyev və layihəyə hər zaman dəstək verən TÜİB Başkanı Hüseyin Büyükfırat Suraxanı rayonunda Şəhid ailələrini ziyarət çərçivəsində ilk olaraq rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizovla bir araya gəlmiş, layihənin məqsədi, məramı barədə fikir mübadiləsi aparılmışdır. Qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə "TƏK MİLLƏT, TƏK ÜRƏK" Humanitar Platformasının On doqquzuncu yardım aksiyası olaraq Bakı şəhər Suraxanı rayonunu əhatə edən Şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Suraxanı rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizova, Milli Məclisin deputatı Etibar Əliyevə xüsusi təşəkkürümüzü bildiririk.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub
18.05.2024, 17:22 / SOSİAL -
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
18.05.2024, 14:26 / Özəl, SOSİAL -
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir
18.05.2024, 13:57 / Özəl, SOSİAL -
-
"City Garden Narimanov"da alternativ enerjidən istifadə ediləcək" - Mahayət Nəbiyev
17.05.2024, 18:27 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
17.05.2024, 17:01 / Özəl, SOSİAL -
Naxçıvan “ASAN xidmət”ə 1 il ərzində 422 mindən çox müraciət
17.05.2024, 10:48 / Özəl, SOSİAL