Sürətlə ARIQLAYAN aktrisaya həkim QADAĞASI: "Filmələrə çəkilməyəcəksən!" - FOTO

OXUNUB: 591 ŞOU-BİZNES

Tanınmış türkiyəli müğənni Murat Dalkılıçdan yeni boşanan aktrisa Merve Boluğur film və serial çəkilişlərindən uzaqlaşıb.

Buna səbəb onun sürətlə arıqlaması olub. Belə ki, vəziyyətinin yaxşı olmadığını görən sənətçi həkimə müraciət edib. Həkim isə yuxu pozğunluğunun olduğunu bildirərək ona qadağa qoyub:

"Bir müddət serial və film çəkilişlərindən kənar gəz. Çəkilişlərin uzun çəkməsi sağlamlığına daha da zərər verəcək".

Qeyd edək ki, aktrisa ilk dəfə "Acemi Cadı" serialı ilə tanınıb. Ona uğur gətirən ekran işi isə Sinem Kobal, Burak Özçivit və Kadir Doğulu ilə birgə çəkildiyi "Küçük sırlar" olub./publika

İcmal.Az

RƏYLƏR