Azərbaycanlı sahibkarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və aidiyyəti digər strukturlara Şuşada televiziya qülləsi tikmək üçün müraciət edib.
7News.Az report-a istinadən xəbər verir ki, bunu iş adamı – "Qartal” tikinti şirkətinin rəhbəri Şahin Məmmədov deyib.
Onun sözlərinə görə, tikiləcək qüllənin hündürlüyünün 100 metr olması planlaşdırılır. Sahibkar hökumətin razılıq verəcəyi təqdirdə işə başlamağı düşünür.