Talıb Talenin atası: Oğlumu orada təkləmişdilər – VİDEO

OXUNUB: 665 ŞOU-BİZNES

Əməkdar artist Murad Dadaşovun tədimatında "ATV”-də yayımlanan "Maşın” realiti şounun 15-ci buraxılışının qalibi, müğənni Talıb Tale yeni avtomobili ilə Göygölə, atasının yaşadığı evə yollanıb.

Atası oğlundan danışarkən göz yaşlarına hakim ola bilməyib.

"Orada ("Maşın” şou nəzərdə tutulur) oğlumu təkləmişdilər. İndi arzum budur ki, oğlum evlənib, bu avtomobillə gəlin gətirsin”, - deyə ifaçının atası bildirib.

Talıb sosial mediada müzakirələrə səbəb olan atasının yaşadığı köhnə, təmirsiz evdən də bəhs edib: "Bu ev 1872-ci ildə almanlar tərəfindən tikilib. Atam təmir etdirməyə icazə vermir, deyir ki, xərc çəkməyə dəyməz. Bura gələndə dostlarımı evimizə gətirməyə utanırdım. Kasıb görünə bilərik, amma mənəviyyatımız var. Müəllim ailəsi olmuşuq. Valideynlərim çalışıb, az  məvacib ilə 4 uşaq böyüdüb. Sonra anam rəhmətə getdi. Mənəvi cəhətdən sarsıldıq. İndi isə atamın da razılığı ilə onu Bakıya aparmaq istəyirəm”.

İcmal.Az

RƏYLƏR