Tanınmış ekspert “Youtube”un bağlanmasını təklif etdi: "Dağıdıcı çağırışlar edilir"

OXUNUB: 4087 GÜNDƏM

Bu barədə BNEWS.az-a açıqlamasında IKT üzrə tanınmılş ekspert Cahid İsmayıloğlu deyib: "Biz həmişə deyirik ki, Azərbaycanda azad internet mühiti var. Ancaq bundan sui-istifadə edənlər var və bu günü-gündən təhdid halını alır. Bu səbəbdən internetə süzgəc tətbiq edilməsi vacib hala çevrilib. Nəzərə alsaq ki, Azərbaycanda "Youtube” sosial şəbəkəsinin istifadəçilərinin sayı da günü-gündən artmaqdadır, ölkəmiz üçün strateji olaylar öncəsi baş verən proseslərdənsui-istifadə edib ölkəmizə maksimum zərər vurmaq istəyən qüvvələr bu platformada aktivləşiblər. Dağıdıcı çağırışlar, montaj edilmiş şantaj və təhqir xarakterli video çarxlar, qondarma inforqraflar və s. bu video paylaşım səhifəsində sürətlə yayılmaqda və yüz minlər tərəfindən izlənilməkdədir. Bu yolla hadisələri manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Düşünürəm ki, təcili olaraq ölkəmizdə "Youtube” sosial şəbəkəsi bağlanmalıdır."

BNEWS.az

RƏYLƏR