Tarixi zibilliyə göndərilən xəyanət cəbhəsi və ya xoruzun quyruğu artıq tam aydın görünür

OXUNUB: 37 KÖŞƏ Özəl SİYASƏT
2013-cü ilin prezident seçkiləri Azərbaycan siyasi tarixində dövlətçilik düşüncəsinin ən ciddi sınaqlarından biri idi. Həmin prosesdə İlham Əliyevin liderliyi Azərbaycan dövlətinin idarəçilik mədəniyyətinin, strateji düşünmək qabiliyyətinin və milli maraqlarımızı qoruyan siyasi iradənin təntənəsi idi. 

O dövrdə cəmiyyətimizin qarşısına çıxarılan alternativlər isə ölkə suverenliyini zəiflətmək üçün səfərbər olunmuşdu. anti-Milli Şura da, "Milyarderlər İttifaqı” və "Ziyalılar Forumu" da bu məqsədə xidmət edirdi. Onları birləsdirən əsas cəhət vahid mərkəzdən idarə olunan və daxildə siyasi güc boşluğu yaratmaq istəyən təsir mexanizmlərinə çevrilməsi idi.

İlham Əliyevin praqmatik idarəçiliyi və zəngin təcrübəsi nəticəsində bu xəyanətkar dəstələr zərərsizləşdirilsə də, sonrakı dövrlərdə onlar yenidən öz "missiyalarını" davam etdirir, hər vəchlə daxildə sabitliyi pozmağa çalışırdılar. İkinci Qarabağ müharibəsi öncəsi qiyamkar ssenarilər də bu xüsusda təsadüfi deyildi.

Ramiz Mehdiyev sovet bürokratizminin mirasını yeni dövrün siyasi mühitinə daşıyaraq uzun illər ərzində daxildə parçalanma meyllərini artırır və  dövlət idarəçiliyində şəffaflıq və modernləşmə tələblərinin artdığı bir şəraitdə köhnə idarəetmə modelini qorumağa çalışırdı. Onunla əlaqədar ortaya çıxan sənədləri, gizli yazışmaları, daxili siyasi şəraiti öz xeyrinə yönləndirmə istəyi onu dövlətçilik kursundan uzaqlaşdırdı.

Əli Kərimli isə cəmiyyətimizi radikal çağırışlara  sürükləyən, iğtişaş yaratmaq ritorikasını kənar təsirlərlə eyni istiqamətə yönəltmiş bir obrazdır. Onun fəaliyyəti real siyasi proqramlardan deyil, destruktiv ünsürlərdən ibarətdir. anti-Milli Şura daxilində yaratdığı qütbləşmələr, cəmiyyəti süni şəkildə siyasi qarşıdurmalara cəkmək cəhdləri və xarici dairələrin ritorikası ilə paralellər onun "mübarizə”sinin mahiyyətini tam şəkildə açır. 

Hər iki şəxsin ortaq xüsusiyyəti odur ki, onların hər biri fərqli müstəvilərdə olsa da, dövlət içi və  milli maraqlara zərbə vuraraq öz çirkin məqsəd və ambisiyalarını həyata keçiriblər. Kordinasiya əsasında bu mərkli davranışları cəmiyyətdə hər iki şəxsi xəyanətkar obrazına çevirib. Hərəkət trayektoriyası dövlət konsepsiyasını sarsıtmaq və parçalamağa xidmət edib.

Azərbaycan cəmiyyəti artıq həmin köhnə siyasi manipulyasiya üsullarının arxasında mahiyyəti daha aydın görür. Dövlətə xidmət edən liderlik modeli ilə intriqa və xarici dairələrin əlaltısına çevrilən xainlərin arasındakı fərq daha kəskin şəkildə ortadadır.

// Azər Niftiyev

RƏYLƏR