Taxıl biçininə hazırlıqla bağlı mexanizatorlar üçün təlimlərə start verilib

OXUNUB: 142 Özəl İQTİSADİYYAT
"Aqroservis” ASC tərəfindən cari ildə taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün təlimlərə başlanılır. Təlimlər Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində və Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. 
Müasir kombaynlarının idarə olunması ilə bağlı təşkil olunan təlimlər may ayına kimi davam edəcək. Təlimlərə ümumilikdə 160 mexanizator cəlb ediləcək. 
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirmək, mexanizatorların kombaynların düzgün idarə edilməsi, texnikalara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi istiqamətində bilik və bacarıqlarını artırmaqdır.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və "Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur.  Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. 
Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir. Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla "Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.

RƏYLƏR