Tehran “Nüvə sazişi”ndən çıxmaq niyyətindədir

OXUNUB: 486 DÜNYA

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib ki, İslam Respublikası yaxın həftələrdə "Birgə fəaliyyət planı haqqında” sazişdən imtina edə bilər. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Tasnim” agentliyi məlumat yayıb. 

İranlı diplomat ABŞ-ın "Nüvə sazişi”ndən imtinasından sonra Avropa ölkələri ilə danışıqlarda heç bir perspektiv görmür. 

Əraqçının sözlərinə görə, iranlıların səbri daşmaq üzrədir. 

Eyni zamanda, nazir müavini ümid edir ki, avropalılar "xeyirxah polis” rolunu oynamaqdansa, məqbul qərarlar qəbul edəcəklər. 

İcmal.Az

RƏYLƏR