Tələbələrə faizsiz kredit verilir – VİDEO

OXUNUB: 1047 SOSİAL

Tələbələrə faizsiz təhsil krediti veriləcək. Bunun üçün müraciətlərin qəbuluna başlanılıb.

İcmal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, "Maarifçi” Tələbə Kredit Fondu tərəfindən veriləcək bu kreditləri tələbələr universiteti bitirdikdən 1 il sonra, növbəti 5 il ərzində qaytara bilərlər. 10 dövlət universiteti tərəfindən təsis edilən və başqa 4 universitetlə əməkdaşlıq edən bu fondun kreditləri bu ildən etibarən faizsiz olacaq.

Bu kreditlərdən isə yalnız 14 universitetin - Azərbaycan Dillər, Azərbaycan Dövlət Aqrar, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki , Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Gəncə Dövlət, Lənkəran Dövlət, Sumqayıt Dövlət və Xəzər Universitetlərinin tələbləri istifadə edə bilər. Ancaq bu xidmətdən 1-ci kurs tələbləri istifadə edə bilməz. Buna səbəb isə kredit verilərkən tələbənin akademik göstəricilərinin nəzərə alınmasıdır. Yəni zəif nəticə göstərən tələbələrə kredit verilməyəcək.

İndiyədək kredit götürmüş tələbələrin müqavilələri də yenilənəcək. Belə ki, bu əvvəlki şərtlərlə illik 8 faiz olmaqla 135 nəfərə 220 min manat kredit verilib. Onların da müqaviləsi yenilənəcək və faizlər ləğv ediləcək. Bu kreditlərdən istifadə etmək istəyənlər isə oktyabrın sonuna kimi "Maarfiçi” Tələbə Kredit Fonunda elektron qaydada müraciət etməlidir.

İcmal.Az 

RƏYLƏR