Təmas xəttində şiddətli DÖYÜŞLƏR GEDİR: 3 ölü, 3 yaralı

OXUNUB: 625 DÜNYA

Yanvarın 10-da Donbasda anti-terror əməliyyatları zonasında vəziyyət yenidən kəskinləşib.

Anti-terror əməliyyatları qərargahının mətbuat mərkəzindən verilən məlumata görə, rusmeylli separatçıların atəşi nəticəsində üç Ukrayna hərbçisi həlak olub, daha üçü yaralanıb.

Qeyd edilir ki, Ukrayna Silahlı qüvvələri Luqansk istiqamətində separatçı güclər tərəfindən 120 və 82 millimetr kalibrli minaatanlar, həmçinin böyük kalibrli pulemyotlardan atəşə tutulub. Rəqibin xüsusi fəallığı həmçinin Svetlodarsk yaşayış məntəqəsi istiqamətində qeydə alınıb.

Bundan başqa, Novoluqansk ətrafında separatçılar qumbaraatanlar, pulemyotlar və müxtəlif kalibrli minaatanlarından Ukrayna ordusunun mövqelərini atəşə tutub./publika

İcmal.Az

RƏYLƏR