Ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

OXUNUB: 818 HADİSƏ

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 79 cinayət faktı qeydə alınıb, onların da 11-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İcmal.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR