2024-cü ildə ən çox səyahət edilən ölkələrin siyahısı açıqlanıb.
Bu barədə BMT məlumat yayıb. Qeyd edilib ki, ötən il turistlərə ən çox ev sahibliyi edən ölkə Fransa olub. Belə ki, Fransa 89,4 milyon turisti qarşılayıb. Ən az turist qəbul edən ölkələr arasında 24,4 milyon turist hesablanması ilə Rusiya yer alıb.
Məlumata görə, 83,7 milyon turistlə İspaniya 2-ci yerdə qərarlaşıb.
Amerika Birləşmiş Ştatları 79,3 milyon turistlə 3-cü sırada yer alıb.
Çin 65,7 milyon turist qarşılayaraq 4-cü sırada yer alıb.
64,5 milyon turist İtaliyanın payına düşüb.
Türkiyənin 51.2 milyon turistlə 6-cı sırada olduğu qeyd edilib.
Meksika 45 milyon turisti qarşılayıb.
Tayland ötən il 39,8 milyon turistə ölkəsini açıb.
Almaniya 39,6 milyon turist qarşılayıb.
Böyük Britaniya 39,4 milyon turist qarşılayıb.
Yaponiya 32,3 milyon turistlə 11-ci sırada yer alıb.
Avstriya 31,9 milyon turisti ölkəsində qarşılayıb.
Yunanıstan 31,3 milyon turisti qarşılayaraq 13-cü sırada yer alıb.
Malayziya 26,1 milyon turistlə 14-cü sıradadır.
Portuqaliya 24,6 milyon turist qəbul edib.
Rusiya 24,4 milyon turist ilə sonlarda yer alıb.