Təranə Qumral Könül Xasıyevanın çağırışına "YOX" DEDİ: “Nazəninlə...”

OXUNUB: 1354 ŞOU-BİZNES

Dünən Xəzər TV-də yayımlanan "Səni axtarıram” proqramında Xalq artisti Könül Xasıyeva qalmaqal yaşayan müğənnilər Nazənin və Təranə Qumralı barışdırmaq üçün öz evinə dəvət edib.

O, dünənki verilişdə K.Xasıyevanın təklifinə "hə" desə də, saytımıza açıqlamasında Nazəninlə heç vaxt barışmayacağını bildirib: "Könül xanım bizi evinə dəvət etdi. Onun sənətinə, özünə hörmətim böyükdür. Sənətinin qarşısında baş əyirəm. Onu o qədər çox istəyirəm ki, canımı belə qurban verərəm. Bu gün zəng edib deyəcəm ki, Könül xanım sizinlə dünyanın axırınadək gedərəm. Lakin barışmaq üçün etdiyiniz bugünkü çağırışa çox təəssüf hissi ilə yox deyəcəm. Dünən Könül xanımın qəlbinə dəyməmək üçün gələcəyimi dedim. Hazırda səhhətində problem olsa da, çox pozitivdir. İstəyir ki, hər kəsə yaxşı enerji verib, simasında gülüş yaratsın. Onun bu addımını alqışlayıram. Könül xanım bizim böyük sənətkarımızdır. Ancaq mən Nazəninlə barışmaq istəmirəm, heç vaxt da barışmayacam. Başqa bir vaxt onun evinə gedib ziyarət edəcəm. Üzrlü bilsin, sözünü yerə salmaq istəməzdim”.

Qeyd edək ki, Nazənin və Təranə Qumral qalmaqalı bir neçə gündür "Səni axtarıram” proqramında müzakirəyə çıxıb./publika

İcmal.Az

RƏYLƏR