Terrorçular Sidneydən Əbu-Dabiyə uçan təyyarəni partlatmaq istəyib

OXUNUB: 659 DÜNYA

Avstraliyada terrorçular Sidney-Əbu-Dabi marşrutu ilə uçan "Etihad Airways” şirkətinə məxsus təyyarəni partlatmaq istəyib. 

Bu barədə "Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

"The Sydney Morning Herald” qəzeti isə bu günlərdə Sidneydə həyata keçirilən antiterror əməliyyatı nəticəsində həbs edilən 4 nəfərin adlarını açıqlayıb. Bunlar Xaled Merhi, onun oğlu Əbdul Merhi, Xaled Xayat və onun qohumu Mahmud Xayatdır. Adıçəkilən şəxslərin Suriyadakı terrorçularla əlaqəli olduğu üzə çıxıb.

Məlumata əsasən, Avstraliya hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarından hazırlanan terror aktına dair məlumat əldə ediblər.

Qeyd edək ki, iyulun 30-da Avstraliyanın baş naziri Malkolm Ternbull təyyarədə planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edərək xüsusi əməliyyat nəticəsində terror aktı törətməyi planlaşdıran 4 nəfərin saxlanıldığını bildirib. /apa

RƏYLƏR