Tolikdən müğənniyə atmaca: Bu gün Aygün, sabah Röya…

OXUNUB: 662 ŞOU-BİZNES

Müğənni-bəstəkar Rəhim Rəhimli ilə prodüser Tarix Əliyev (Tolik) arasındakı söz-söhbət davam edir.

İcmal.Az xəbər verir ki, R.Rəhimli T.Əliyevin onun barəsində işlətdiyi "yekəbaş" sözünə ötən gün sosial şəbəkə vasitəsilə sərt cavab verib. 

"Deyirəm, bu Rəhim də özünü şou-biznesdə böyük fiqur sayır. Mənə deyir ki, Tolik 3 konsert edib. Ay eynəkli oğlan, məni yanındakı çanta daşıyanlarla səhv saldın. Mən dövlət tədbirləri təşkil edəndə (düzdür, sən heç vaxt dövlət tədbiri görməmisən, bundan sonra da görməyəcəksən)... Rəhim elə bilir ki, bu gün Aygün, sabah Röya… 

Amma sən hələ gəl 10 sənətkarın ikimiz haqında danışığına bax, gör, sənin sənətin hansı yerdədir. Sonra özünə qiymət ver. Bir də ki, mənə Niyam Salami deyib, özümdən uydurmamışam. Həm də sən hələ o statusda müğənni deyilsən ki, işimə qiymət verəsən. Hələ özünü təsdiqlə, qalsın yan-yörən. Ağzımı da açdırma, mən sənin üçün o-bu deyiləm. Yerini bilsən, pis olmaz. 

Hələlik bir ölkədə çalışıram. Bir kasıbın da olsa, balasına yardım edirəm. Vaxtı ikən didərgin düşənlərdən deyiləm. Şükürlər olsun ki, pis aludəçiliyim yoxdur: nə siqaret çəkirəm, nə də ki…”,-deyə prodüser "Instagram”da ifaçının sözlərinə cavab yazıb.

İcmal.Az

RƏYLƏR