Tovuzun bu kəndini sel basdı,əhali çətin duruma düşdü- FOTO (ÖZƏL)

OXUNUB: 871 GÜNDƏM HADİSƏ
Tovuz rayonuna yağan güclü yağışlar rayonun bəzi kəndlərində ciddi problemlərə yol açıb. 7NEWS.az-ın  bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qərbli kəndində vəziyyət daha ağırdır. Güclü sel suları kənddə 10-dan artıq evi yararsız vəziyyətətə salıb, təxminən 20 baş iri və xırda buynuzlu heyvan tələf olub. Bundan əlavə əkin sahələri, təsərrüfatlar istifadəyə yararsız hala düşüb.Hazırda Qəribli kəndinə elektrik enerjisi fasilələrlə verilir. Sakinlər bildirir ki, aidiatlı qurumlara məlumat verilsədə heç bir tədbir görülmür.
 
 

RƏYLƏR