Birlikdə dənizə gedən cütlüyün toy planı yasa döndü.
İcmal.az Report-a istinadən xəbər verir ki, nişanlı cütlük - Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər.
A. Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, R. Məmmədovu isə dalğalar sahilə atıb. R. Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb.
Qax sakinlərinin verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda isə cütlüyün toy mərasimi olacaqmış.
İcmal.az