13:05
Kanalizasiya quyusuna düşən Şəki sakini xilas edilib.
İcmal.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Sarabski küçəsində baş verib.
1963-cü il təvəllüdlü Mahmudov Rizvan Ramazan oğlu toydan çıxıb evə gedərkən dərinliyi 6 metr olan quyuya düşüb. Onu çıxarmaq üçün ərazidə FHN-in xilasediciləri cəlb olunub. Rizvan Mahmudov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki MRX-ya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunur.
Videonu izləmək üçün şəklə klikləyin:
-----------
08:28
Şəkidə quyuya düşən şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 01:00-da başa çatıb.
İcmal.Az